BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Nyu-Yorkda yerləşən ofisinin keçmiş direktoru Kreyq Moxayber təhdidlər aldığını bildirib.
HİT.az xəbər verir ki, Kreyq Moxayber əsasən "İsrailyönlü şəbəkələrdən" hədələr aldığını deyib.
Noyabrın əvvəlində məmur öz istəyi ilə BMT-dən istefa verib. Bu qərara səbəb beynəlxalq təşkilatın Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı mövqeyi olub.
Eyni zamanda, Kreyq Moxayber deyib ki, BMT əməkdaşları təzyiq altındadır və onları səssiz qalmağa məcbur etməyə çalışırlar. Bu, ilk növbədə Fələstini dəstəkləyən diplomatlara aiddir.
"Mənə çox təzyiqlər var idi. Getmək qərarına gəlməyimin səbəblərindən biri də budur”, deyə eks-məmur bildirib.
Bununla belə, o əlavə edib ki, BMT əməkdaşlarının əsl təqibi İsrailin cəzasızlığını qoruyan strukturlar şəbəkəsi tərəfindən həyata keçirilir. Kreyq Moxayber İsrail hakimiyyətini tənqid edən məktubunun internetə sızmasından sonra repressiyalarla hədələnməyə başlayıb.
"Mən hər cür onlayn hücumlara məruz qalmışam, o cümlədən təhdidlər onlayn trol şəbəkələrindən gəlir", deyə Kreyq Moxayber əlavə edib.
O qeyd edib ki, İsrail tərəfindən insan haqlarının pozulmasını tənqid etdiyinə görə insanlar antisemitizmdə ittiham olunmağa başlayıblar. Hətta həyatları boyu hər cür ayrı-seçkiliklə mübarizə aparan insanlar belə, oxşar vəziyyətlə üzləşirlər.
Samir