Ermənistan Roma Statutunu təsdiqlədiyinə görə peşman olub? - RƏY

DÜNYA
14:57 / 03.11.2023
707

Ermənistan Roma Statutunun tələblərindən yayınmağa çalışır.

Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyanın sözlərinə görə, sazişin imzalanması ilə bağlı İrəvan Moskvadan cavab almayıb, ancaq Roma Statutunun qüvvəyə minməsinə hələ çox vaxt var:

"Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərimizin arasındakı hüquqi münasibətlər beynəlxalq strukturlar səviyyəsində yoxlamaya məruz qalmasın və əlaqələrə təsir göstərməsin".

Ümumiyyətlə, Ermənistan Roma Statutunu imzalamaqla Rusiya qarşısında səhvə yol verdiyini gec anladığı üçün bu qərardan yayınmağa cəhd edir?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, Roma Statunun təsdiqlənməsindən sonra Ermənistan qorxuya düşdü:

337116

"Rəsmi İrəvan Rusiya ilə açıq şəkildə düşmənçiliyə getdiyi üçün narahat oldu. Hətta Ermənistanın Rusiya Prezidenti Vladimir Putinə qarşı cinayət işi açmaq üçün bu yola başvurduğu da iddia olunur. Lakin onlar, sözügedən iddianı təkzib edərək, bir tərəfli qaydada Kremlə Roma Statutunun şamil olunmadığı bir müqavilə təklif edirlər. İrəvan hakimiyyəti bu addımı atmaqla həmin müqaviləni təsdiqləmələrinin Rusiya ilə əlaqəsi olmadığını göstərməyə çalışır. Əsas mahiyyət bundan ibarətdir. 

Lakin Ermənistanın bu addımı atmaqla səhvə yol verdiklərini düşündüklərini qəti şəkildə qəbul etmirəm. Əksinə, bunu özləri üçün Azərbaycana qarşı istifadə etmək üçün bir şans kimi dəyələndirirlər".

Pərviz

0