"Hizbullah" lideri HƏMAS-ın İsraili işğal etmək qərarını düzgün qərar adlandırdı

DÜNYA
19:23 / 03.11.2023
776

Şiə təşkilatı "Hizbullah" Fələstinin radikal HƏMAS qruplaşmasının yaraqlılarının İsraili işğal etməsi və insanları girov götürməsi ilə nəticələnən "Əl-Əqsa tufanı" əməliyyatına başlamaq qərarını doğru hesab edir. 

HİT.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu "Hizbullah" lideri Həsən Nəsrullah deyib. 

"Baş verənlər dünyanın Fələstin məsələsi haqqında yenidən danışması üçün lazım idi. "Əl-Əqsa tufanı" əməliyyatı 100% fələstinlilər tərəfindən hazırlanıb həyata keçirilib. Onun uğuru mütləq məxfiliklə təmin edilib”, deyə Nəsrullah bildirib.

"Hizbullah" liderinin sözlərinə görə, minlərlə fələstinli məhbus illərdir İsrail həbsxanalarında saxlanılır, qəzzalılar isə 20 ilə yaxındır ki, mühasirədədir. Eyni zamanda, Nəsrullah qeyd edib ki, Fələstin məsələsi dünya gündəmindən düşüb.

Həsən Nəsrullah deyib ki, ABŞ-ın İsrailə silah tədarük etməsi İsrailin zəifliyini sübut edir. "Hizbullah" lideri həmçinin qeyd edib ki, o, ABŞ-a ultimatum təqdim edərək, İsrailin Qəzza zolağına təcavüzünü noyabrın 3-nə qədər dayandırmağı tələb edib.

Samir

0