Alman deputat çılğın sanksiya siyasətindən əl çəkməyə çağırdı

DÜNYA
19:42 / 03.11.2023
377

“Almaniya üçün Alternativ” partiyasının deputatı Leif-Erik Holm ölkə hökumətini “ağılsız sanksiya siyasətindən” əl çəkməyə çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda deyilir.

"İlk növbədə, bu, yüksək enerji xərclərini azaltmaq deməkdir. Qısacası, nüvə enerjisinə qayıdış yolu ilə buna nail ola bilərik. Tətbiq olunanlar deyil, bizə zərər verən sanksiyalar iqtisadi və siyasi cəfəngiyyatdır", deyə deputat qeyd edib.

Deputat Almaniya ixracının azalmasına hökumətin enerji siyasəti və özünü məhvedici məhdudiyyətlər qoyması ilə bağlı fikir bildirib:

"Bir vaxtlar ixrac ölkəsi olan Almaniya Federativ Respublikası indi dayanıb".

Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, sentyabr ayında ölkədən ixrac illik müqayisədə 7,5% azalaraq 126,5 milyard avro təşkil edib. Avqust ayı ilə müqayisədə bu göstərici 2,4% azalıb. Sentyabrın 16-da Almaniya kansleri Olaf Şolts ixracın aşağı düşməsini ölkə iqtisadiyyatındakı problemlərin əsas səbəblərindən biri adlandırıb.

Samir

0