NATO: "Alyans eskalasiyanın qarşısını almaq üçün İsraillə vəziyyətdə ehtiyatlı olmalıdır"

DÜNYA
20:43 / 03.11.2023
439

NATO ölkələri münaqişənin eskalasiyasının qarşısını almaq üçün İsraillə yaranmış vəziyyətdə çox diqqətli olmalıdırlar.

HİT.az xəbər verir ki, bunu ALyansın baş katibinin müavini Mirça Coana deyib.

"Ümid edirik ki, vəziyyət gərginləşməyəcək. İsrailin öz ərazisini və əhalisini müdafiə etmək hüququ var. Amma biz mütənasib və ehtiyatlı davranmalıyıq ki, birbaşa və ya dolayı eskalasiyaya səbəb olmasın.

Onun sözlərinə görə, Alyans regionun bütün ölkələri ilə sabit diplomatik və siyasi dialoq aparır. Xüsusilə, İordaniya kralının gələn həftə NATO-nun mənzil-qərargahına səfəri planlaşdırılır.

"Ümid edirik ki, hər şey sakitləşəcək və dialoq və diplomatik həll yoluna qayıdacaq - bu, sabitliyə nail olmağın yeganə yoludur", deyə Coana əlavə edib.

Samir

0