ABŞ prezidenti Co Baydenin İsraillə Fələstinin HƏMAS qrupu arasındakı münaqişəni həll etməməsi ona 2024-cü il prezident seçkilərində qələbə bahasına başa gələ bilər.
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Virciniya ştatının keçmiş senatoru Riçard Blek deyib.
"Prezident Baydenin ərəb əzablarına məhəl qoymaması ona prezidentlik bahasına başa gələ bilər", deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Miçiqandakı müsəlman icması artıq Amerika liderinə "arxasını çevirib" və onun fikrincə, bu, onun qarşıdan gələn seçkilərdə məğlub olmasının səbəbi ola bilər.
Noyabrın 2-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Bayden İsrailin hərbi əməliyyatlar apararkən beynəlxalq humanitar hüquqa məhəl qoymadığına inanmır.
Samir