Ərdoğan Aİ-ni qəribə və ardıcıl olmayan hərəkətlərdə ittiham etdi

16:07 / 04.11.2023
406

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “qəribə və ardıcıl olmayan hərəkətləri” səbəbindən Ankaranın Avropa İttifaqına inamı sarsılıb. 

HİT.az bu barədə “Hürriyet” qəzetinə istinadən xəbər verir.

Türkiyə lideri hesab edir ki, Avropa İttifaqı çox qəribə və qeyri-ardıcıl rol oynayıb.

“Diqqət yetirin, indi kim İsrailin tərəfindədir və kimlər Rusiya-Ukrayna müharibəsində diplomatik proseslərdən kənardadır? Avropa İttifaqı. Təəssüflər olsun ki, Avropa İttifaqına inamımız sarsıldı”, deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin bildirib ki, o, İsrailin baş naziri Binyamin Netanyahunu artıq “öz həmsöhbəti” hesab edə bilməz. Eyni zamanda Türkiyə lideri əlavə edib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın hələ də İsrail hakimiyyəti ilə əlaqə saxlayır.

Samir

0