Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov Pentaqon rəhbəri Lloyd Austin ilə telefon danışığı aparıb və ABŞ-dan əlavə sursat istəyib.
HİT.az xəbər verir ki, ukraynalı nazirin sözləri X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilib.
“Biz döyüş meydanındakı son xəbərləri və gələcək qüvvələrin hazırlığının vəziyyətini müzakirə etdik. Mən Ukraynanın hazırkı ehtiyaclarında israr etdim: əsgərlərimiz üçün daha çox sursat", deyə nazir bildirib.
Müdafiə Nazirliyinin rəhbəri həmçinin ABŞ-a Kiyevə yeni hərbi yardım paketi təqdim etdiyinə görə minnətdarlığını bildirib.
Eyni zamanda, ABŞ-ın Kiyevin gələcək maliyyələşdirilməsi məsələsində hələ də konsensusa gələ bilmədiyi Konqresdəki vəziyyətə görə Ukraynaya dəstəyi azaltmağa məcbur olduğu bildirilib.
Samir