Macarıstanın XİN rəshbəri Moskva ilə dialoqu davam etdirməyən ölkələri tənqid etdi

DÜNYA
20:28 / 04.11.2023
564

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna münaqişəsi mövzusunda Moskva ilə dialoqu davam etdirməyən ölkələri tənqid edib. 

HİT.az “Silk Way” telekanalına istinadən xəbər verir ki, o Qərblə Rusiya arasında lazımi təmaslar olmadan sülhə nail olmağın mümkünsülüyünü bildirib.

Diplomat dövlət rəhbərlərinin qapıları döyməməli, rabitə kanallarını qırmamalı, bir-biri ilə əlaqə saxlamalı olduğu fikrini bildirib. Siyarto həmçinin bildirib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası zamanı o, Rusiya və Belarusdan olan həmkarları ilə ünsiyyətdə olan yeganə avropalı nazir olub.

“Beləliklə, mənim sualım belədir: niyə biz rabitə kanallarını kəsirik? Əgər rabitə kanallarını bağlasaq, kəssək bu, sülhə ümidimizi itirdiyimiz anlamına gələcək", deyə nazir bildirib.

Xarici işlər naziri qeyd edib ki, Budapeşt hadisələrin bu cür inkişafı ilə kifayətlənmir. O, qeyd edib ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə olunacaq, amma danışmasanız, həll yolu olmayacaq.

"Qarşılıqlı hörmət, yaşadığımız bu böhranı aradan qaldırmaq üçün bizim üçün ən yaxşı fürsət olacaq", deyə Siyarto əlavə edib.

Samir

0