Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq xəbərdarlıq edib ki, Avropanın miqrasiya problemi qitədə hökumətlərin dağılmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, o, bu barədə "Bild"ə müsahibəsində danışıb.
“Bir şey aydındır: miqrasiya təzyiqi yaxın bir neçə ildə azalmayacaq. Miqrasiya hökumətlərin devrilməsi ilə nəticələnə biləcək problemdir”, deyə Şallenberq bildirib.
O qeyd edib ki, Avstriya hazırda kontinental Avropada adambaşına düşən ən böyük yükü daşıyır. Onun nöqteyi-nəzərindən Almaniyaya uzun müddətdir ki, qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə tədbirləri müzakirə edilməlidir.
Şallenberq vurğulayıb ki, ən böyük problemlərdən biri ölkəsini tərk etmək məcburiyyətində qalanların geri qayıtmamasıdır.
"Deportasiya problemi bütün sığınacaq və miqrasiya sisteminin Axilles dabanıdır", deyə nazir bildirib.
O vurğulayıb ki, əgər Aİ-də olmaq hüququ olmayan insanların ölkədən çıxarılmasına nail olmaq mümkün olmasa, o zaman sistem absurdluq həddinə çatdırılacaq.
Samir