Moldova prezidenti Maya Sandu Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini respublika ilə assosiasiyaya üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb.
HİT.az "Moldova Radiosu"na istinadən xəbər verir ki, prezident bu barədə Aİ və Avropa İttifaqının Xarici Əlaqələr Komissiyasının rəhbərləri ilə görüşdə deyib.
O, Kişinyovun həqiqətən müstəqil olmaq istədiyini bildirib.
“Biz azad olmağı seçirik. Biz bütün Aİ hökumətlərini seçimimizi və Moldova Respublikası ilə danışıqların açılmasını dəstəkləməyə, həqiqətən müstəqil olmaq uğrunda mübarizəmizi və Avropa ailəsinin bir hissəsi olmaq istəyimizi dəstəkləməyə çağırırıq”, deyə Sandu bildirib.
Hələ 2020-ci ildə şərti olaraq Qərbyönlü Fəaliyyət və Həmrəylik partiyasının lideri Maya Sandu Moldova prezidenti olub. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdən sonra parlamentdə çoxluq qazanaraq Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirə bilib. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.
Samir