"ABŞ bütün müttəfiqlərinə kömək edə bilməyəcək"

DÜNYA
09:35 / 06.11.2023
402

"Vaşinqton bütün müttəfiqlərə kömək edə bilməyəcək".

HİT.az xəbər  verir ki, bunu Amerikanın Müstəqil İnstitutunun baş elmi işçisi İvan Eland "The National Interest" (NI) jurnalı üçün yazdığı məqalədə qeyd edib.

"Birləşmiş Ştatlar dünyada getdikcə genişlənən münaqişələrdə bir qrup ölkəni qoruyacağına rəsmi və qeyri-rəsmi söz verməklə özünü həddən artıq yüksək qiymətləndirib", deyə İvan Eland bildirib.

O əlavə edib ki, amerikalılar böyük itkiləri və sırf Ukrayna münaqişəsi üçün bahalı sursatların istehlakını nəzərə alaraq bu barədə düşünməlidirlər.

İvan Eland hesab edir ki, Ukrayna və İsrailə dəstək ABŞ-ın milli borcunun artmasına töhfə verəcək.

Samir

0