Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, ölkəyə gələn silahlar onun hüdudlarından kənara çıxmır.
HİT.az xəbər verir ki, o, bu barədə Amerikanın “Politico” qəzetinə müsahibəsində danışıb.
yermakın sözlərinə görə, Kiyev silahla bağlı vəziyyətə tam nəzarət edir.
"Düşünürəm ki, bu, daha bir rus saxtakarlığıdır... Yalan nə qədər böyükdürsə, insanların buna inanması bir o qədər asan olar", deyə Zelenskinin ofisinin rəhbəri izah edib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının Ukrayna və Əfqanıstana tədarük edilən silahların Orta Şərq regionunda qara bazara necə çıxması ilə bağlı ABŞ, eləcə də digər Qərb ölkələri qarşısında sualı var.
Rusiya prezidenti Vladimir Putin MDB sammitində Qırğızıstana səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynadan gələn silahlar çox güman qara bazar vasitəsilə Yaxın Şərqə çatıb.
Samir