Çin dövlətlərarası münasibətlərə yanaşmasına görə Rusiya və Ukrayna arasında vasitəçi roluna digər ölkələrlə müqayisədə daha uyğundur.
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Humanitar Dialoq Mərkəzinin icraçı direktoru Devid Harland deyib.
Ekspert hesab edir ki, Qərb ölkələrinin əsas problemi onların digər ölkələrin daha çox Qərb ölkələrinə bənzəməsini istəmək kimi "çox dərin ənənəyə" malik olmasıdır. Lakin onun fikrincə, indi tarixdə elə bir məqam gəlib ki, bir çox ölkələr bunu istəmirlər.
"Məncə, bu, bir çox ölkələr üçün olduqca çətindir. Mən Çin tarixi üzrə böyük mütəxəssis deyiləm, lakin düşünmürəm ki, çinlilər Tanzaniya, Yeni Zelandiya və ya Rusiyanın daha çox Çin kimi olması lazım olduğunu heç vaxt düşünməyiblər", deyə Harland bildirib.
Onun sözlərinə görə, Çin yanaşması indi mövcud olan çox qeyri-sabit beynəlxalq sistem üçün daha uyğundur.
Oktyabrın 28-də bildirilib ki, Türkiyə Kiyev və Moskva arasında özünü vasitəçi kimi təqdim edərək, Ukraynadakı münaqişənin həlli üçün yeni təşəbbüs irəli sürməyi planlaşdırır.
Samir