Türkiyəli məşhur aktyor Tolqa Karel Cümhuriyyət Xalq Partiyasında (CHP) keçirilən qurultayla bağlı sürpriz paylaşım edib.
HİT.az xəbər verir ki, o, "Instagram" hesabının hekayə bölməsində Özəlin 1 il sonra gedəcəyini iddia edib.
Tolqa Karel olay paylaşımına bunları yazıb:
"Seçkidən əvvəl Kamal Kılıçdaroğlunun təqaüdə çıxacağını demişdim. Üstəlik, o vaxtlar bunu deməyə heç kim cəsarət etmirdi. Xeyirli olsun. İndi də deyirəm ki, CHP-nin yeni sədri Özgür Özəl də o kresloda əmanətçi olacaq. Maksimum 1 il sonra vəzifəsində olmayacaq".
Onun bu paylaşımı sosial şəbəkələrdə gündəm olub.
Pərviz