ABŞ İran və "Hizbullah"a xəbərdarlıq edib.
Ağ Ev-dən bildirilib ki, sözügedən güclər İsrailə qarşı hücuma başlayarsa, ABŞ hərbi müdaxiləyə hazır olacaq.
Maraqlıdır, bu ehtimalın real olması nə qədər gözləniləndir?
Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasınds bildirib ki,İrana hərbi müdaxilə o qədər də inandırıcı deyil:
"ABŞ-ın hədəflərindən biri də bu münaqişənin yenidən qızışdırılmasıdır. Demək istəyir ki, etdiyiniz bir hərəkət mənim üçün bəhanə olacaq, mən hərbi müdaxilə edəcəyəm. Amma İrana hərbi müdaxilə o qədər də inandırıcı deyil. İranla hərbi toqquşma ABŞ üçün sərfəli olmaz. Sadəcə İrana Hizbullaha yardım edərsə, sanksiyalarla, yaxud da daxilindəki toqquşmaları qızışdırmaqla hədə-qorxu gələ bilər. İrana hərbi müdaxilə Amerikanı böyük problemə gətirib çıxara bilər. Nəinki Amerikanı, həm də dünya siyasətini dəyişdirə bilər. Amma Hizbullaha qarşı Livan ərazisindən hücum edə bilər. İstənilən halda ABŞ-ın münaqişənin həll olunmasında təsir dairəsi güclüdür".
Aynur Əli