Bu ölkədə 1,6 milyondan çox uşaq aclıqla üzləşəcək

DÜNYA
19:16 / 07.11.2023
737

BMT-nin Ümumdünya Ərzaq Proqramının verdiyi məlumata görə, 2024-cü ildə Cənubi Sudanın daşqından zərər çəkmiş bölgələrində 5 yaşa qədər 1,6 milyondan çox uşaq qida çatışmazlığı ilə üzləşəcək.

Hit.az xəbər verir ki, Rubkona rayonunda qida çatışmazlığının xüsusilə yüksək səviyyəsi və şiddəti gözlənilir.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Cənubi Sudanın daşqından zərər çəkmiş ərazilərində xəstəliklərin olması, əhalinin sıxlığı və yerli sakinlərin qidaya çıxışının məhdud olması səbəbindən qida çatışmazlığı problemi böyüyür.

WFP-nin məlumatına görə, Rubkona rayonunda son iki ildə daşqın daha da pisləşib və 2023-cü ilin aprelindən bu ərazidə əsas ərzaq məhsullarının qiyməti 120% artıb. BMT bildirib ki, daşqınlara Viktoriya gölü də daxil olmaqla Nil çayı hövzələrindən suyun buraxılması səbəb olub.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 2024-cü ildə Cənubi Sudanda qida çatışmazlığı ilə üzləşən insanların ümumi sayı 7 milyonu keçəcək, 2024-cü ilin aprelinə qədər isə fəlakətli aclıqdan əziyyət çəkənlərin sayı 79 minə çatacaq. 

WFP maliyyə çatışmazlığından narahatlığını ifadə edib və qeyd edib ki, Cənubi Sudanda qida çatışmazlığından əziyyət çəkən uşaqların yalnız 1/3-i lazım olan dəstəyi alacaq.

Samir

0