Yaxın Şərqdə Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsi Qərb dövlətlərinin diqqətini Ukraynadakı münaqişədən yayındırıb.
Hit.az xəbər verir ki, bu barədə "The Telegraph" yazır.
Nəşrin müşahidəçilərinin fikrincə, Qərbin baxışı Ukrayna lideri Volodimir Zelenski ilə bağlı məyusluğa doğru dəyişib.
“Ukraynalı komandirlər Rusiyanın Krımda gəmiçiliyinə hücum etməsinə baxmayaraq, cənubdakı əks-hücumlarından sonra münaqişənin dalana dirənməsindən qorxurlar. Kiyevdə ən böyük narahatlıq ondan ibarətdir ki, Qərb uzanan münaqişədən yorulur. Bu, HƏMAS-ın İsrailə hücumundan əvvəl də baş verməyə başladı", deyə nəşr yazır.
Mətndə deyilir ki, Ukraynaya “nə qədər lazımdırsa” dəstək veriləcəyi ilə bağlı bütün vədlərə baxmayaraq, NATO ölkələri arasında yorğunluq həmişə risk olub”.
“The Telegraph”ın qeyd etdiyi kimi, sabit silah təchizatı olmadan Ukrayna gələn ilin yazında təhlükəli anla üzləşəcək. Nəşrin müşahidəçilərinin nöqteyi-nəzərindən, hazırda Yaxın Şərqdə baş verən hadisələr nə qədər təhlükəli olsa da, Qərb Ukraynanı gözdən qaçırmamalıdır.
Samir