Finlandiya Rusiya qazının idxalına qadağa qoya bilər

DÜNYA
13:59 / 07.11.2023
456

Finlandiyanın ətraf mühit və iqlim naziri Kay Mykkänen Rusiyadan ölkəyə mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qanunvericilik qadağası təklif etmək niyyətindədir. 

Hit.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Uutissuomalainen" regional xəbər xidməti məlumat yayıb.

O, təşəbbüsünü Aİ-nin qaz bazarında yeni tədbirlər paketinin həyata keçirilməsi ilə izah edib.

Onun sözlərinə görə, sanksiyalar paketinə qadağanı nəzərdə tutan bənd daxil olacaq, Aİ ölkələri isə bu məhdudiyyəti öz istəyi ilə tətbiq edə biləcək. Bu paketlə bağlı danışıqlar 2023-cü ilin sonuna qədər tamamlana bilər.

"Bu, təbii olaraq Finlandiya milli qanunvericiliyinə daxil edilə bilər", deyə Mykkänen bildirib.

Onun fikrincə, Aİ qaz bazarının inkişafı üzrə tədbirlər paketi qəbul edilən kimi Rusiya Federasiyasından LNG-nin ölkəyə idxalı bir neçə il ərzində qadağan edilə bilər.

Samir

0