Bayden və Si Szinpin arasında "sərt söhbət" olacaq

DÜNYA
12:48 / 11.11.2023
746

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Szinpin 2023-cü il noyabrın ortalarında görüşməyi planlaşdırır. 

HİT.az “Politico”ya istinadla xəbər verir ki, Amerika lideri Çin lideri ilə ikitərəfli münasibətlərin əsas məsələləri üzrə “sərt söhbət” etməyə hazırlaşır.

Nəşr müzakirə üçün təklif olunan mövzular arasında yüksək rütbəli Amerika rəsmilərinə istinadən Pekinin Ukraynadakı münaqişədəki rolunu, eləcə də Tehranla əlaqələrini qeyd edir.

Bayden ABŞ-ın Çindən Meksika kartelləri vasitəsilə Amerikaya gəldiyi iddia edilən opioidlərin istehsalına nəzarəti gücləndirmək tələbini də müzakirə etməyi planlaşdırır.

Nəşr iddia edir ki, görüş Bayden üçün mühümdür, çünki o, aktiv seçki kampaniyasının başlanması ərəfəsində keçirilir.

Samir

0