Ukraynada cəmi 2 dollar milyarderi qalıb - Onlar kimdir?

DÜNYA
13:40 / 12.11.2023
619

Bu gün Ukraynada cəmi 2 dollar milyarderi qalıb. Bu say bir il əvvəl 9 nəfər olub.

Bu barədə “New Voice” araşdırma məlumatlarına istinadən məlumat yayılıb.

Reytinqdə birinci yeri sərvəti 6,59 milyard dollar olan iş adamı Rinat Axmetov tutur. Onun gəlirlərinin 2022-ci illə müqayisədə 43 faiz azaldığı qeyd edilir. 

İkinci yerdə 34 faiz azalan 1,72 milyard sərvətlə sahibkar Viktor Pinçuk qərarlaşıb. Üçüncü yeri Petro və Aleksey Poroşenko tutublar, onların sərvəti 954 milyon qiymətləndirilir.

“Ən varlı iş adamlarının siyahısının təhlil edilərək dərc edildiyi ən azı 2006-cı ildən bu yana Ukraynada cəmi iki milyarderin qaldığı vəziyyət olmayıb”, - hesabatda vurğulanır.//Lent.az 

0