Aİ tarixinin ən böyük yardımını Ukraynaya edib

DÜNYA
13:30 / 13.11.2023
740

Avropa İttifaqından (Aİ) Ukraynaya hərbi tədarükün həcmi 27 milyard avroya çatıb.

Hit.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrel deyib.

"Aİ-nin Ukraynaya hərbi tədarükünün həcmi 27 milyard avroya çatıb”, deyə o bildirib.

Borrell bu məbləğin Avropa İttifaqının bütün tarixində rekord olduğunu vurğulayıb. 

"Bundan əlavə, siyasi birlik ölkələri Ukrayna əsgərlərinə təlim keçməyə davam edir", deyə Avropa diplomatiyasının rəhbəri xatırladıb.

Daha əvvəl bildirilmişdi ki, Aİ-nin Ukrayna üçün hərbi təlim missiyası bütün dövr ərzində 30 min ukraynalı əsgərə təlim keçib.

Samir

0