Ukrayna qoşunlarının cəbhədəki uğursuzluqları, eləcə də hərbi komandanlıqla ölkə prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqları vətəndaş müharibəsinə səbəb ola bilər.
Hit.az xəbər verir ki, bu fikri ABŞ-ın istefada olan dəniz kəşfiyyatçısı Skott Ritter “Gegenpol” YouTube kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyaya uduzmaq istəməyənlər təslim olmaq istəyən insanlara hücum edəcəklər.
Ritter qeyd edib ki, Ukraynada zorakılığın yaranması gələcək hərbi əməliyyatların əleyhdarları ilə müdafiəyə keçməyi tələb edən tərəfdarları arasında toqquşmalara gətirib çıxaracaq və bu da ölkənin tam məhvinə gətirib çıxara bilər.
Bir gün əvvəl Ritter bəyan etmişdi ki, Qərb münaqişənin uduzduğunu anladığı üçün Ukraynadan və Zelenskidən qurtulmağın yollarını axtarır.
Samir