Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya və anti-Rusiya sanksiyalarına münasibətini yenidən nəzərdən keçirməlidir, çünki hazırkı siyasət yanlışdır.
Hit.az-ın məlumatına görə, o, eyni zamanda qeyd edib ki, avropalı həmkarlarının bu istiqamətdə hər hansı addım atmaq imkanları barədə heç bir illüziyası yoxdur.
“Avropanın siyasi qərarlarının harada səhv getdiyini, Brüsselin niyə miqrasiyaya məcbur etməkdə davam etdiyini, Avropa iqtisadiyyatına ziyan vuran sanksiyaları niyə daha da gücləndirməli olduğumuzu və B planının olub-olmadığını düşünmək üçün sakit və sağlam düşüncədən istifadə etməliyik", deyə Siyairto Avropa İttifaqının Xarici İşlər nazirlikləri rəhbərlərinin görüşündən əvvəl sosial şəbəkədə yazıb.
Nazir qarşıdan gələn görüşün bu suallara cavab vermək üçün yaxşı fürsət ola biləcəyini, lakin bununla bağlı çox da ümid bəsləmədiyini qeyd edib.
Bundan əvvəl Siyarto Ukrayna münaqişəsi mövzusunda Moskva ilə dialoqu davam etdirməyən ölkələri tənqid edib. O bəyan edib ki, Qərblə Rusiya arasında lazımi təmaslar olmadan sülhə nail olmaq mümkün deyil.
Samir