Seul ABŞ-ın tələbi ilə Ukraynaya köməyə davam edəcək

DÜNYA
20:36 / 13.11.2023
657

Cənubi Koreya hakimiyyəti ABŞ-ın tələbi ilə Ukraynaya dəstəyi davam etdirmək qərarına gəlib. 

Hit.az xəbər verir ki, bu barədə Cənubi Koreya müdafiə nazir Şin Von-suk bildirib.

“Koreya Respublikası hökuməti Ukraynaya yardım, o cümlədən humanitar yardım göstərib. ABŞ Cənubi Koreyadan Ukraynaya əlavə yardım göstərməsini istəyib. Buna cavab verdim ki, Koreya Respublikası bundan sonra da yardım və dəstək göstərəcək”, nazir Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

Rəsmi ABŞ-ın Seuldan Ukraynaya silah və ya sursat tədarük etməyə başlamasını xahiş edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb.

Bundan əvvəl Lloyd Ostin eyni konfransda Koreya Respublikası və ABŞ-ın birgə təlimlərini şərh edib. Onun sözlərinə görə, qoşunların hazırlığı əsgərlərin döyüş hazırlığının artırılmasına yönəlib və bunun sayəsində “lazım gələrsə, bu gecə də döyüşə girə bilir”.

Samir

0