Qida təhlükəsizliyi üzrə mütəxəssis mətbəx piştaxtasında yeməklərin buzunu əritmək, hazır salatlar almaq və bütün növ yeməkləri kəsmək üçün eyni bıçaqdan istifadənin parazit və viruslara yoluxma riskinin artması ilə əlaqəli təhlükəli vərdişlər olduğunu bildirib.
Hit.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bostondakı Şimal-Şərq Universitetinin qida təhlükəsizliyi üzrə eksperti Dr. Darin Detviler soyuducudan kənarda əridilmiş qidaların sağlamlıq üçün təhlükə yarada biləcəyini izah edib. Mətbəx piştaxtasında yeməklərin (xüsusilə ət) uzun müddət saxlanması salmonella və qızılı stafilokok kimi bakteriyalarla çirklənmə riskini artırır. Belə qidaların qəbulu ürəkbulanma, qusma, ishal və susuzluğa səbəb ola bilər.
Həkim həmçinin qida çatdırılması xidmətlərindən davamlı olaraq istifadə etməyi tövsiyə etmir. Yeməyi özünüz hazırlayarkən insan yeməyin hansı məhsullardan ibarət olduğunu dəqiq bilir. Hazır yeməklərdə inqrediyentlərin keyfiyyətini izləmək demək olar ki, mümkün deyil. Eyni səbəbdən, Detviler qablaşdırılmış salatlar almaqdan çəkinməyi məsləhət görür. Belə salatlar çoxlu sayda işçi qüvvəsi olan fabriklərdə hazırlanır ki, bu da qidanın çirklənməsi ehtimalını yaradır.
Bundan əlavə, plastik qablaşdırmanın rütubətli mühiti patogen orqanizmlərin çoxalmasını təşviq edir.
Samir