Kuçmanın keçmiş müşaviri: "Ordu Zelenskinin təqaüdə çızmasını istəyir"

DÜNYA
10:18 / 14.11.2023
344

Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün "YouTube" kanalında ölkənin hazırkı lideri Vladimir Zelenskinin istefasını proqnozlaşdırıb.

Hit.az xəbər verir ki, Soskinin sözlərinə görə, soyuq havaların başlaması ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət daha da mürəkkəbləşib. 

Bundan əlavə, hərbi qulluqçular maddi-texniki təchizatın pozulmasından, silah-sursatın çatdırılmasından narazıdırlar, həm də xəstəlikdən zəifləyirlər.

“Düşünürəm ki, orduda hər şey artıq yetişib və onlar Zelenskinin təqaüdə çıxmasını istəyirlər”, deyə o bildirib.

Bundan əvvəl Soskin bildirib ki, Zelenski Qərb silahlarının tədarükünü gözləmədən Ukrayna Silahlı Qüvvələrini hücuma atmaq qərarına gəlib.

Qeyd edək ki, Leonid Kuçma 1994-2005-ci illərdə Ukrayna prezidenti olub.

Samir

0