Fransanın məşhur avtomobil istehsalçısı "Peugeot" daha bir mükafat qazanıb.
HİT.az xəbər verir ki, markanın "E-2008" modeli "Qızıl sükan" mükafatına layiq görülüb.
"Peugeot"un ən çox satılan modellərindən olan "E-2008" bütün rəqiblərini geridə qoymağa nail olub. Avtomobil həmçinin, ən yaxşı model mükafatına da yiyələnib.
Qeyd edək ki, "Qızıl sükan" Avropanın avtomobil sənayesinin ən mühüm mükafatlarından biri olaraq qəbul edilir. Hər il müxtəlif mütəxəssislərin rəyləri ilə qalib müəyyənləşir.
Pərviz