Ukrayna lideri Volodimir Zelenski gedən döyüşlərə baxmayaraq, populyarlığı və Ukrayna Silahlı Qüvvələrinin hazırkı baş komandanı Valeri Zalujnının reytinqi aşağı düşməkdə davam etdiyinə görə gələn il prezident seçkilərini keçirməkdən imtina etməyəcək.
Hit.az xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” nəşri yazır.
“Müharibə olsa da, seçkilər mütləq baş tutacaq: Prezident Zelenski seçkini təxirə salmaq istəməyəcək, çünki onun dəstəyi hər ay azalır. Öz növbəsində, general Zalujnı getdikcə populyarlaşır...”, deyı mətndə qeyd edilir.
Bundan əlavə, Valeri Zalujnı getdikcə daha çox ictimaiyyətə, o cümlədən Qərb mediasında danışır.
Noyabrın 6-da Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib ki, indi ölkədə seçki keçirməyin vaxtı deyil. Onun fikrincə, dövlət qurumları müdafiə məsələlərinə diqqət yetirməli, enerji və zəhməti başqa şeylərə sərf etməməlidir.
Samir