İsrailin xarici işlər naziri Eli Koen beynəlxalq ictimaiyyəti Qəzza zolağının HƏMAS-dan azad edilməsinə nail olmağa çağırıb.
Hit.az xəbər verir ki, o, bu barədə Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
XİN rəhbəri qeyd edib ki, radikal qruplaşmanın əlində olan girovlar dərhal azad edilməlidir.
“Biz bütün mülki vətəndaşların, uşaqların, qadınların, qocaların dərhal azad edilməsinə çağırmaq üçün buradayıq. Beynəlxalq ictimaiyyət açıq şəkildə deməlidir: Qəzzanı HƏMAS-dan azad edin!”, deyə Koen bildirib.
O, hadisələrin belə inkişafının təkcə İsrailin deyil, həm də anklavın mülki əhalisinin təhlükəsizliyi üçün zəruri olduğunu vurğulayıb.
“Biz İsrail dövləti üçün mübarizə aparırıq, eyni zamanda insan ləyaqəti üçün də mübarizə aparırıq... Biz qalib gəlməsək, növbəti siz olacaqsınız”, deyə XİN rəhbəri bildirib.
Samir