Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" elektromobillərlə bağlı yeni addım atıb.
HİT.az xəbər verir ki, şirkət Cənubi Koreyada elektrikli avtomobillər istehsal edəcək yeni fabrikin təməllərini atıb.
Sözügedən fabrikin inşasına 1,52 milyard dollar vəsait xərclənəcəyi açıqlanıb. Yeni fabrikin inşaatı 2025-ci ildə başa çatacaq. İstehsalın isə 2026-cı ildən etibarən başlaması gözlənilir. "Hyundai" həmin fabrikdə ildə 200 min elektromobil istehsal etməyi hədəfləyir.
Xatırladaq ki, "Hyundai" rəsmiləri bir müddət öncə 2030-cu ilə qədər 31 yeni elektromobil modeli istehsal edəcəklərini açıqlamışdı.
Pərviz