Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Çin liderinSi Szinpinin ABŞ prezidenti Co Baydenlə görüşü barədə gözləntiləri ilə bağlı sualı cavablandırıb.
Hit.az xəbər verir ki, Peskov bu barədə brifinqdə danışıb.
"İki ölkə ikitərəfli əlaqələr qurur - bu onların hüququdur. Bu, bizim gündəmimizdə geniş yer tutan mövzu deyil. Amma hər belə görüş hər kəs üçün vacibdir. Bu və ya digər şəkildə biz görüşü müşayiət edəcək mesajları izləyəcəyik”, deyə Peskov bildirib.
Si Szinpin çərşənbə axşamı San Fransiskoya gəlib. Ölkə liderlərinin görüşü noyabrın 15-nə planlaşdırılıb. "Axios" portalının məlumatına görə, ikitərəfli danışıqlar San-Fransiskoda noyabrın 15-dən 17-dək davam edəcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutmalıdır.
Bundan əvvəl məlumat verilmişdi ki, dövlət başçıları iki ölkə arasında kommunikasiyanın yaradılmasına razılıq versələr, ABŞ prezidenti Co Bayden və Çin sədri Si Szinpin arasında gözlənilən görüşü uğurlu hesab etmək olar. Bu barədə jurnalistlərə Amerika liderinin özü məlumat verib.
Samir