Mayami Nyu-Yorku qlobal maliyyə mərkəzi kimi sıxışdıra bilər.
Hit.az xəbər verir ki, "Bloomberg" bu barədə Citadel Hedcinq Fondunun təsisçisi Ken Qriffinə istinadən yazır.
"Görəcəyik ki, Uoll Strit cənubda nə qədər böyük olacaq, deyə Qriffin bildirib.
Onun sözlərinə görə, 50 ildən sonra Mayamidəki Brickell Bay (şəhərin rayonlarından biri-red.) Nyu-Yorkda Uoll Stritin indiki vəziyyətinə çevrilə bilər.
Qriffin keçən il Floridanın isti havası və gəlir vergilərinin olmaması səbəbindən Uoll Stritin maliyyəçiləri dalğasına qoşularaq Mayamiyə köçüb. "Citadel"in təsisçisi 1 milyard dollara şirkətin baş ofisini burada tikərək, həmçinin xeyriyyə layihələrinə sərmayə qoyaraq Mayaminin simasını dəyişməyi planlaşdırır.
Bununla belə, Qriffin hələ də "Citadel"in əhəmiyyətli varlığını qoruduğu və göydələn tikməyi planlaşdırdığı Nyu York üçün yüksək təriflər söyləyir. Milyarderin sözlərinə görə, Nyu-Yorkda maliyyə və digər sahələrdə unikal istedad konsentrasiyası var.
Samir