"İsrail radikal HƏMAS hərəkatı və radikal İslama qarşı üçüncü dünya müharibəsi aparır".
Hit.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bild" nəşrinə müsahibəsində İsrailin energetika naziri İsrael Kats deyib.
Onun sözlərinə görə, buna görə də Avropa ölkələri və ABŞ İsrailə kömək edir, çünki radikal İslama qarşı müharibə təkcə İsrail dövlətinin müharibəsi deyil.
Kats hesab edir ki, müharibə artıq Avropanın daxilində, radikal icmalarda gedir.
Nazir bildirib ki, İsrailin hazırda vuruşduğu qüvvələrə İran rəhbərlik edir.
Samir