İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea girovların azad edilməsi ilə bağlı radikal Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparmaq üçün yaxın vaxtlarda Qətərə səfər etməyi planlaşdırır.
Hit.az xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" qəzeti məlumat yayıb.
Tərəflər arasında bu həftənin sonunadək müqavilə bağlanacağı gözlənilir. Əgər bu baş verərsə və onun planı İsrail hökumətinin üzvləri tərəfindən təsdiqlənərsə, bir-iki gün ərzində razılaşma elan oluna bilər.
"Yediot Ahronot" qeyd edir ki, tərəflər bir çox məsələlərdə güzəştə getmək istəmədikləri üçün İsraillə HƏMAS arasında danışıqlar çox çətin irəliləyir. Xüsusilə, Təl-Əviv hərəkatın tələb etdiyi beş günlük müddətə atəşkəs elan etməkdən imtina edib. Həmçinin yaraqlılar daha az sayda - 50-80 girov azad etməyi təklif edib.
Bundan əlavə, İsrail tərəfi uşaqların evlərinə yalnız anaları ilə qayıtmasına icazə verilməsini, Qəzzada olan yaşlı girovların azad edilməsini tələb edir. Eyni zamanda Təl-Əviv yaşlı fələstinli məhbusları həbsxanalarından azad etməkdən imtina edir, bunun fonunda HƏMAS da yaşlı israilliləri azad etməyə razılaşmır.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosu və onun rəhbərlərinin əksəriyyəti 10 ildən artıqdır Qətərdədir.
Samir