Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 17-də Berlində Almaniya kansleri Olaf Şoltsla görüş zamanı İsveçin NATO-ya qoşulmaq üçün müraciətini ratifikasiya etməyə hazır olduğunu açıqlaya bilər.
Hit.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Nəşr aydınlaşdırıb ki, Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi cümə axşamı İsveçin NATO-ya daxil olmaq ərizəsini təsdiqləmək barədə qərar qəbul edə bilər. Türkiyə parlamentində ratifikasiya o zaman kifayət qədər tez baş verə bilər.
Nəşrin mənbələrinin məlumatına görə, Türkiyə Cümhuriyyətinin rəhbəri səfəri zamanı Almaniya kanslerinə "şad xəbər" çatdırmağa hazırlaşır.
Samir