Qərb dövlətləri Ukraynaya yardımı dayandırıb diqqətlərini başqa şeyə yönəltmək niyyətində deyillər.
Hit.az “European Pravda”ya istinadən xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin yeni rəhbəri, keçmiş baş nazir Devid Kemeron deyib.
O, Ukrayna paytaxtına səfəri zamanı qeyd edib ki, Rusiya Qərbin Kiyevi dəstəkləməkdən imtina edəcəyini gözləyir.
“Rusiya bunun baş verəcəyinə və Qərbin sonda diqqətini başqa yerə yönəldəcəyinə inanır. Bu həqiqətdən çox uzaqdır. Xarici işlər naziri kimi yeni vəzifəmdə Ukrayna lideri Volodimir Zelenski ilə ilk danışıqlarımda mən açıq şəkildə bildirdim ki, Böyük Britaniya və tərəfdaşlarımız qələbəyə nail olmaq üçün lazım olan müddətdə Ukraynanı və onun xalqını dəstəkləyəcəklər”, deyə Kemeron izah edib
O əlavə edib ki, Ukrayna tərəfi əks-hücumunun bir hissəsi kimi müəyyən nəticələr əldə edə bilib.
Samir