Gürcülər Rusiyanı ölkə üçün ən böyük siyasi təhlükə hesab edir

DÜNYA
20:41 / 16.11.2023
640

Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) sorğusuna əsasən, Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyanı ölkə üçün ən böyük siyasi təhlükə kimi qəbul edir.

Hit.az xəbər verir ki, respondentlərdən Gürcüstan üçün ən böyük siyasi təhlükənin hansı ölkə olduğu sualına cavab vermələri istənilib.

İştirakçılarının 77%-i Rusiyanı, 12%-i Türkiyəni seçib, daha 9%-i isə ABŞ-ı əsas siyasi təhlükə kimi qəbul edir.

Sorğu 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək respondentlərlə müsahibə formatında aparılıb. Materialda qeyd olunur ki, tədqiqatda 1200 Gürcüstan vətəndaşı iştirak edib.

Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili respublikada hakimiyyət dəyişikliyindən sonra Rusiya vətəndaşlarına yaşamaq icazəsinin verilməsi prosedurunun ləğv ediləcəyini bildirmişdi.

Onun sözlərinə görə, Gürcüstanda mövcud hakimiyyət Rusiya vətəndaşlarını turist kimi deyil, daimi sakin kimi qəbul edir. Saakaşvili hesab edir ki, hadisələrin bu cür inkişafı yolverilməzdir.

Samir

0