Zelenski: Qərbin Kiyevə dəstəyi azalacaq, çünki..."

DÜNYA
15:18 / 16.11.2023
316

Ukrayna prezidenti Volodimir Zelenski Yaxın Şərqdəki vəziyyətə görə Qərb ölkələrindən Kiyevə dəstəyin azala biləcəyini deyib. 

Hit.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeronla söhbəti zamanı bildirib.

“Biz başa düşürük ki, Yaxın Şərqdəki böhrana görə dünyanın dəstəyi bölünə bilər. Təəssüf ki, bu belədir”, deyə Zelenski bildirib.

Eyni zamanda o qeyd edib ki, dünya növbəti qlobal böhranı gözləyir:

“Düşünürəm ki, bu, təkcə dünyada deyil, Avropada da baş verə biləcək sonuncu böhran deyil".

Samir

0