ABŞ Rusiya ilə silahlanma ilə bağlı dialoqa başlamaq istəyir, amma...

DÜNYA
17:15 / 16.11.2023
614

ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Jill Hrubi bildirib ki, Vaşinqton Moskva ilə silahlara nəzarət məsələsi ilə bağlı müzakirələrə qayıtmaq istəyir, lakin belə bir inkişaf üçün kifayət qədər müsbət atmosfer yoxdur. 

Hit.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Ağ Ev rəhbərliyi bu gün silahlara nəzarət rejiminin ən yaxşı vəziyyətdə olmadığını bilir.

“Biz bilirik ki, strateji sabitlik bizim istədiyimiz yerdə deyil. Biz silahlara nəzarət və strateji təhlükəsizliklə bağlı real müzakirələrə qayıtmaq istərdik”, deyə Hrubi bildirib.

Bununla belə, siyasətçi qeyd edib ki, o, təkbaşına müsbət atmosfer məsələsini həll edə bilməz. Onun sözlərinə görə, bunun üçün bütün hökumətlərin qərarı lazımdır.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını silahlara nəzarətdə məsuliyyətli rol oynamağa çağırıb.

Samir

0