"ABŞ prezidenti Co Bayden və Çin lideri Si Szinpin arasında aparılan danışıqlar Vaşinqton və Pekinin soyuq müharibəyə doğru hərəkət etdiyini təsdiqlədi".
HİT.az xəbər verir ki, bunu amerikalı politoloq Malek Dudakov "Vzqlyad" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, görüş həm Amerika, həm də Çin tərəfi üçün uğursuz olub.
“Davam edən eskalasiya tendensiyası Tayvan məsələsində irəliləyişin olmaması ilə sübut olunur. Vaşinqton və Pekinin mövqeyi dəyişməz qalıb, lakin yanvarda adada seçkilər keçiriləcək ki, bu da Asiya-Sakit okean regionunda qarşıdurmanı gücləndirə bilər. Amma Rusiya üçün görüşün bu nəticəsini müsbət adlandırmaq olar. Sammit beynəlxalq siyasətə yeni heç nə gətirmədi", deyə ekspert vurğulayıb.
O əlavə edib ki, ABŞ və Çin arasında yaranan mənfi münasibətlər Moskva və Pekini daha da yaxınlaşdırır.
Samir