Səfərbərlik zamanı hərbi xidmətə çağırılan 20 minə yaxın ukraynalı qeyri-qanuni yollarla ölkəni tərk edib.
HİT.az xəbər verir ki, bu barədə BBC ötən ilin fevralından Ukrayna ilə qonşu ölkələr arasında qeyri-qanuni sərhəd keçidləri ilə bağlı məlumatlara istinadən məlumat yayıb.
Daha 21 min insan ölkəni tərk etməyə cəhd etsə də, onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlardan 14 min nəfəri sərhəd-keçid məntəqələrindən yan keçməklə sərhədi keçmək niyyətində olub, qalanları isə ağır xəstəliyin olduğunu təsdiq edən saxta sənədlərlə ölkəni tərk etməyə cəhd ediblər.
Ali Radanın Milli təhlükəsizlik məsələləri üzrə parlament komitəsinin üzvü və prezidentin parlamentdəki nümayəndəsi Fyodor Venislavski bildirib ki, səfərbər olunanların hamısı ilə müqayisədə hərbi xidmətdən yayınanların sayı aşağı səviyyədə qalır.
Samir