Ukraynalı qaçqınlar Polşanı kütləvi şəkildə tərk edir

DÜNYA
15:20 / 17.11.2023
470

Polşada daimi yaşayan daha az ukraynalı var, onlar ölkəni kütləvi şəkildə tərk edirlər. 

HİT.az xəbər verir ki, bu barədə "INTERIA Business" portalı məlumat yayıb.

“Polşada yaşayan ukraynalıların sayı rübdən rübə azalır. 2022-ci il fevralın 24-dən etibarən Polşa-Ukrayna sərhədini keçənlərin əksəriyyəti artıq öz ölkəsindədir”, deyə nəşr yazır.

Nəşrin məlumatına görə, 2022-ci ilin əvvəlindən Polşaya daxil olan 17 milyon Ukrayna vətəndaşından 15 milyonu artıq vətəninə qayıdıb.

Avropa İttifaqı ölkələri arasında Almaniya qəbul edilən ukraynalı qaçqınların sayına görə birinci yerdədir - hazırda bu ölkədə 1,1 milyon ukraynalı var. İkinci yerdə 958 min Ukrayna vətəndaşı olan Polşa qərarlaşıb.

Əhalinin hər min nəfərinə görə, Aİ-dən müvəqqəti müdafiədən istifadə edənlərin ən çoxu Çexiyada qeydə alınıb. Burada bu rəqəm 33,1 olub. Sonrakı yerləri Estoniya (26,2), Polşa (26,1), Bolqarıstan (25,8) və Litva (25,5) tutub. Aİ-də orta göstərici hər min nəfərə 9,3 nəfər təşkil edib.

Noyabrın 11-də bildirilib ki, Almaniya hökuməti sığınacaq üçün müraciətlərə baxılması prosedurunu əhəmiyyətli dərəcədə sürətləndirmək niyyətindədir, lakin miqrantların yoxlanılması əvvəlkindən daha az əsaslı şəkildə aparılacaq.

Samir

0