İsrail: "HƏMAS girovlarla bağlı danışıqları dayandırıb"

DÜNYA
14:40 / 17.11.2023
530

HƏMAS hərəkatı girovların azad edilməsi ilə bağlı İsraillə danışıqları dayandırıb. 

HİT.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

"İndi bildiyimə görə, heç bir danışıqlar yoxdur, HƏMAS öz təşəbbüsü ilə bunu dayandırıb", deyə səfir bildirib.

Diplomatın sözlərinə görə, İsrail bütün girovları bir anda azad etməyi gözləyir. Bununla belə, o qeyd edib ki, İsrail hakimiyyəti heç vaxt Qəzza zolağında girovların siyahısını almayıb. HƏMAS bütün xahişlərə məhəl qoymayıb, ona görə də girovların taleyi hələ də məlum deyil.

Noyabrın 17-də səhər saatlarında İsrail hökuməti ilə İsrail ordusu arasında Qəzza zolağında hücumun inkişafı ilə bağlı mübahisələrə başladığı məlum olub. “The Jerusalem Post” yazıb ki, İsrail və HƏMAS girov danışıqlarında əldə etməyə çalışdığı şərtlərlə bağlı müxtəlif kanallar vasitəsilə məlumatlar alınıb.

Samir

 

0