Ukrayna prezident aparatının keçmiş müşaviri Aleksey Arestoviç dövlət başçısı Volodimir Zelenski haqqında "həqiqəti" deyəcəyinə söz verib.
HİT.az xəbər verir ki, "Pool N3" "Telegram" kanalında yayımlanan videomüraciətdə Aretoviç Ukrayna liderinin son qərarlarının çaşdırıcı olduğunu və məntiqlə izah edilə bilmədiyini deyib.
O qeyd edib ki, "informasiya bombası" gələn ilin əvvəlinə hazırlanır.
"Mən Zelenskiyə söz vermişdim ki, müdaxilə etməyəm, lakin bu yaxınlarda onun hərəkətləri sağlam məntiqə ziddir", deyə keçmiş müşavir bildirib.
Aretoviçin sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya ilə hərbi münaqişədən pul qazanır. O, hərbi münaqişəyə son qoymaq üçün öz planını hazırladığını bildirərək, müəyyən nüfuzlu ukraynalı generalların dəstəyinə malik olduğunu vurğulayıb.
Samir