İran: "Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmirik, amma..."

DÜNYA
18:16 / 17.11.2023
487

İran diplomatik kanallar vasitəsilə ABŞ-ı məlumatlandırıb ki, o, Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir, lakin İsrail və ABŞ-ın hərəkətləri buna gətirib çıxara bilər. 

HİT.az xəbər verir ki, bunu "Financial Times" qəzetinə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İran müharibənin yayılmasını istəmir, lakin Qəzza və İordan çayının qərb sahili xalqına qarşı cinayətlər dayanmasa, bütün imkanlar nəzərdən keçirilə bilər və daha geniş münaqişə qaçılmaz ola bilər”, deyə Abdullahian deyib.

Onun sözlərinə görə, İran və ABŞ İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə mesaj mübadiləsi aparır, tərəflər arasında birbaşa danışıqlar gözlənilmir.

Abdullahian vurğulayıb ki, Tehranın dəstəklədiyi Livan şiə qrupu Hizbullah müharibəyə girərsə, ABŞ İranı nəticələrlə hədələməyib. Eyni zamanda o qeyd edib ki, ABŞ-ın Hizbullaha çağırışları onu daha ehtiyatlı olmağa məcbur etməyəcək. Nazirin sözlərinə görə, ABŞ İsrailə verdiyi dəstəklə gərginliyin artmasına töhfə verir, eyni zamanda başqalarını təmkinli olmağa çağırır.

Samir

0