Zelenskidən xəbərdarlıq: \"Ordunun siyasətlə məşğul olması səhvdir\"

11:00 / 21.11.2023
325

"Ordu üçün siyasətlə məşğul olmaq böyük səhvdir".

HİT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "The Sun" qəzetinə müsahibəsində deyib.

"Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə və burada o, öz hüquqları daxilindədirsə, qoy bunu etsin, amma sonra müharibəyə girə bilməz. Müharibə aparırsansa, sabah siyasətə gedəcəyini və ya seçkiyə qatılacağını düşünərkən, o zaman həm sözdə, həm də cəbhədə özünü hərbçi kimi yox, siyasətçi kimi aparacaqsan. Məncə, bu, böyük səhvdir", deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, hərbçilər 2014-cü ildə Maydandan sonra fəal siyasətlə məşğul olmağa başlayıblar, çünki məğlub olublar, reputasiyası məhv edilib.

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında münaqişə yoxdur və ola da bilməz. 

Noyabrın əvvəlində “Asia Times” yazıb ki, Ukrayna prezidenti indi generalları ilə müharibə vəziyyətində ola bilər. Qeyd olunub ki, Zelenski “The Economist” jurnalına müsahibəsində Ukraynadakı münaqişədə "çox güman heç bir irəliləyiş olmayacaq" deyən Zalujnıya irad tutub.

Samir

0