Çin nəşri: "NATO Rusiya ilə toqquşmaya hazır deyil"

DÜNYA
21:05 / 21.11.2023
274

"Əgər NATO müdafiə qabiliyyətinə inamı bərpa edə bilməsə, təşkilat Rusiya ilə müqavilə bağlamalı olacaq ki, bu da Avropanın strateji xəritəsini dəyişəcək".

HİT.az xəbər verir ki, bunu “Asia Times”ın Honq-Konq nəşri yazır.

Məqalədə qeyd edilir ki, NATO çoxdan əvvəlcədən nəzərdə tutulduğu kimi müdafiə ittifaqı olmaqdan çıxıb və genişlənməyə başlayıb. Ukrayna-Rusiya münaqişəsini təhlil edən müəllif NATO-nun bu cür toqquşmalara hazır olmamasından yazır.

“Ukrayna Silahlı Qüvvələrinin texnika və canlı qüvvədə böyük itkiləri NATO üçün qəbuledilməzdir. Alyansın modernləşdirilmiş Rusiya ordusuna hücumda müqavimət göstərmək üçün kifayət qədər təlim keçmiş bölmələri və qənaətbəxş texnikası olmayacaq”, deyə məqalədə qeyd edilir.

Bundan əlavə, Alyans mərmi qıtlığı yaşayır. Nəşr qeyd edir ki, ABŞ-da 6 sursat fabriki var, lakin onlar istehsalın miqyası və sürəti ilə bağlı müasir tələblərə cavab vermir. Noyabrın 21-də məlum olub ki, ABŞ-dan Ukraynaya mərmi tədarükü 1/3 azalıb.

Samir

0