Ukrayna prezidenti Volodimir Zelenski amerikalıları və ukraynalıları işlə təmin etmək üçün Kiyev üçün silah istehsalını artırmağa çağırıb.
HİT.az xəbər verir ki, o, bu çağırışı "Fox News" telekanalına müsahibəsində edib.
Prezident Ukraynanın birgə silah istehsalına hazır olduğunu vurğulayaraq bunun ABŞ-ın müxtəlif ştatlarında iş yerlərinin yaradılmasına da kömək edəcəyini qeyd edib. “Fox News”a müsahibəsində Zelenski Konqresin Ukraynaya dəstək üçün əlavə vəsait ayıracağına ümid etdiyini bildirib.
Ukrayna və Fələstin-İsrail münaqişələri səbəbindən Amerika silah istehsalçıları sifarişləri yerinə yetirməkdə çətinliklərlə üzləşiblər. Nəticədə ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün nəzərdə tutulan on minlərlə 155 mm-lik artilleriya mərmilərini İsrailə göndərmək məcburiyyətində qalıb.
Zelenski dekabrda keçiriləcək görüşdə alyansa qoşulmaqla bağlı Avropa İttifaqı ölkələrinin liderlərindən hədiyyə gözləmədiyini də bildirib. O, ölkəsinin hazırda Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirdiyini və yerinə yetirəcəyini vurğulayıb.
Samir