Ərdoğan: "Netanyahu yaxın vaxtlarda çantalarını yığıb ölkəni tərk edəcək"

DÜNYA
17:25 / 22.11.2023
380

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin hazırkı baş naziri Benyamin Netanyahunun yaxın vaxtlarda "çantalarını yığıb" ölkəni tərk edəcəyini istisna etməyib. 

HİT.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə o, Əlcəzairdən qayıdarkən jurnalistlərə bildirib.

“Mən bu prosesin daha da davam edəcəyini düşünmürəm, ümid edirəm ki, Netanyahu çantalarını yığıb mümkün qədər tez gedəcək. Artıq bilirsiniz ki, Netanyahunun məhkəmə işi var. Ola bilsin ki, ondan xilas olmaq üçün belə bir addım atıb (HƏMAS-a qarşı əməliyyatı nəzərdə tutur-red.). Amma hansı istiqamətə getsə də, ondan qurtulmayacaq", deyə Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, artıq Qərbdə Netanyahunun istefası ilə bağlı çağırışlar var:

“Bütün dünyanın İsrailə qarşı necə mövqe tutmağa başladığını görə bilərsiniz. Qəzzanın işğalı bəzi hökumətlər sussa da, cəmiyyətlərin vicdanını hərəkətə keçdi".

Dövlət başçısı qeyd edib ki, küçələrdə Fələstini dəstəkləyənlərin sayı artır. Nümunə olaraq o, Qərbi Avropa, Latın Amerikası və ABŞ ölkələrinin adını çəkib:

“İndi ictimai şüur ​​hərəkətə keçib, hətta İsrailin küçələri də hərəkətə keçib".

Samir

0